Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:12

-

«Ukraynanın şərqindəki separatçılar Kiyevlə danışıqlara hazırdırlar – ancaq Donetsk Xalq Respublikasının müstəqilliyi tanınandan sonra». Bu bəyanatla özünü «Donetsk Xalq Respublikası»nın «baş naziri» adlandıran Aleksandr Zakharchenko çıxış edib.

Ukrayna hakimiyyətinin şərti budur ki, silahlar yerə qoyulsun və sərhəd bağlansın. Separatçılar bu şərtləri yerinə yetirməkdən qəti imtina edirlər. «Bu, heç vaxt baş verməyəcək, bunu heç ağıllarına da gətirməsinlər», Zakharchenko bildirib.

Ukrayna xarici işlər nazirliyinin başçısı Pavel Klimkin-in sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində atəşin dayandırılması yalnız o halda mümkündür ki, sərhədlər nəzarətə götürülsün, ATƏT müşahidəçilərinin işi təmin olunsun və girovlar azadlığa buraxılsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG