Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:55

-

Ukraynanın şərqində separatçılarla döyüşən hərbçilər Donetsk vilayətinin İlovaysk şəhərinə girib, oraya Ukraynanın bayrağını taxıblar.

Bu barədə «Donbass» batalyonu facebook səhifəsində yazır. Hərbçilər şəhərə on müxtəlif istiqamətdən daxil olublar. Separatçılar onlara qarşı «Qrad», «Uraqan» qurğularından və zirehli texnikadan istifadə ediblər. Şəhərdə döyüşlər davam edir.

İlovaysk Donetskdən 30 kilometr qərbdə yerləşir.

Öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının vitse-spikeri Andrey Lisenko hərbçilərin Luqanskın bir hissəsini tutduğunu bildirib.

SEPARATÇILARIN BLOKADASI ÜÇÜN TƏDBİR GÖRÜLÜR

«İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmytro Tymchuk-un yazdığına görə, hökumət qüvvələri Saur-Moqila rayonunda da əməliyyat keçirir. Bundan əlavə, ordu Donetskdə separatçıları blokadaya almaq üçün 30-dan çox məntəqə qurub.

Ukrayna prezident Petro Poroshenko ölkənin şərqində əməliyyatların aparılması taktikasının dəyişdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, «separatçıların nəzarət etdiyi ərazini zonalara bölmək, dairəni daraltmaq və silah-sursatın çatdırılmasına imkan verməmək» lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG