Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:17

İslamabadda “Qırmızı Zona”da yürüş keçiriləcək


Pakistan müxalifətçisi Imran Khan bildirib ki, avqustun 19-da paytaxtın təhlükəsizlik baxımından “Qırmızı Zona” sayılan hissəsində etirazlar keçiriləcək. Səbəb onun hökumətin istefası üçün qoyduğu 48 saatlıq müddətin bitməsidir.

Keçmiş kriket ulduzu olan Khan bunu avqustun 18-də İslamabadda keçirilən yürüşdə söyləyib. O, baş nazir Nawaz Sharif-i 2013-cü il seçki saxtakarlığına görə istefa verməyə çağırıb.

Khan-ın Pakistan Tehreek-e-Insaaf (PTI) partiyası milli assambleyadakı bütün yerlərdən istefa verib.

Son günlər Khan bir neçə min tərəfdarı ilə yürüşə çıxıb, ancaq daha çox adam cəlb edə bilməyib.

Daxili işlər naziri Chaudhry Nisar Ali Khan deyib ki, heç kəsin “Qırmızı Zona”ya girmək icazəsi yoxdur. Bu zonada parlament, hökumət binaları, prezident və baş nazirin sarayları yerləşir.

XS
SM
MD
LG