Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

Qəzzada atəşkəs bir gün uzadılıb


İsrail və Fələstin təmsilçiləri Qəzza zolağında müvəqqəti atəşkəsi daha 24 saat uzatmağa razılaşıblar. Məqsəd uzunmüddətli atəşkəs üçün danışıqlar aparmaqdır.

Beş günlük atəşkəs avqustun 18-də bitib. Müddətin uzadılmasını Misir hökuməti təsdiqləyib. Bildirilib ki, Fələstin və İsrail təmsilçiləri daimi saziş üçün Qahirədə danışıqlar aparmağa razılaşıblar.

İsrail iyulun 8-də Qəzza zolağına hücuma başlayandan 1.900 fələstinli və 66 israilli həlak olub.

XS
SM
MD
LG