Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:28

Qırmızı Xaç rəsmisi Moskvada Ukraynaya yardımı müzakirə edəcək

Russia -- A Russian convoy of trucks carrying humanitarian aid for Ukraine drives along a road in the direction of the border with Ukraine, after leaving Kamensk-Shakhtinsky, Rostov Region, August 17, 2014

Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisi avqustun 19-da Moskvada Rusiya rəsmiləri ilə Ukraynanın şərqinə humanitar yardımın çatdırılmasını müzakirə edəcək. Rusiyadan yardım karvanı Ukrayna sərhədi yaxınlığında gözləyir. Laurent Corbaz-ım səfərində məqsəd bu problemi çözməkdir.

Rusiya avqustun 18-də bildirib ki, Kiyev və Qırmızı Xaçla razılıq əldə olunub, Ukraynanın şərqinə Rusiyanın humanitar yükü çatdırılacaq.

Bu arada Ukrayna bildirib ki, müharibə zonasından çıxmağa çalışan insan karvanına yaraqlılar hücum edib, “onlarla” dinc sakin öldürülüb. Kiyev karvana avqustun 18-də Luqanskda hücum olunduğunu bildirir, baxmayaraq ki, maşınların üzərində ağ bayraq olub. Rusiyayönlü separatçılar bu məlumatları “sırf təbliğat” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG