Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

Obama deyir ki, Mosul su elektrik stansiyası geri alınıb


ABŞ prezident Barack Obama deyir ki, İraq və kürd qüvvələrinin İraqın şimalında Mosul su elektrik stansiyasını geri alması İslam Dövləti (İD) yaraqlılarına qarşı döyüşdə “irəliyə doğru böyük addımdır”. Obama avqustun 18-də Ağ Evdə danışıb, deyib ki, Birləşmiş Ştatlar İraqda İD yaraqlılarını məğlub etmək üçün uzun müddətli missiyaya başlayıb. Onun sözlərinə görə, İslam Dövləti kimi “qəddar qrup” bütün iraqlılara təhlükədir, ancaq “sonda” Birləşmiş Ştatlara da təhlükə yarada bilər.

Öncə İslam Dövləti İraqdakı ən böyük su elektrik stansiyasına nəzarəti itirdiyini yalanlayıb, bu iddianı “təbliğat müharibəsi” adlandırıb.

İD-nin İraqın şimalında irəliləməsi Birləşmiş Ştatları 2011-ci ildən bəri ilk dəfə olaraq hava zərbələri başlatmağa vadar edib.

XS
SM
MD
LG