Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:17

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb


Müdafiə naziri Zakir Həsənov Naxçıvanda türkiyəli həmkarı İsmət Yılmazla görüşüb.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Zakir Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. O, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib.

İsmət Yılmaz Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətindən danışıb.

XS
SM
MD
LG