Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:21

"Ulu öndərin adına olan küçə iylənir"


Arxiv fotosu
Arxiv fotosu

“Yolunuz Lənkərana düşsə, biz tərəflərdən də ötün”.

AzadlqRadiosunun “Qaynar xətt”inə zəng vuraraq bizi yaşadığı Lənkəran şəhərinə dəvət edən dinləyici İsmət Güləliyevdir. O, şəhərin mərkəzi hesab olunan Heydər Əliyev prospektindəki zibilliklərdən danışır. Deyir, şəhərin ortasına yığılan zibil günlərlə daşınmır. Əməlli-başlı antisanitariya şəraiti yaşanır.

ƏRAZİDƏN KEÇMƏK OLMUR

Şikayətçi:

“Ulu öndərin adına olan küçə zibil iylənir. Prospektdəki 33 saylı ünvanda zibillikdən az qala əməlli başlı təpəcik əmələ gəlib. Dəfələrlə icra hakimiyyətinə şikayət etmişik. Üfunətdən ərazidən keçmək olmur. Hər dəfə də vəd edirlər ki, sabah səhər təmizlənəcək. Bu zibilliyi təmizləsələr də, uzun müddət zibil iyi küçədən çəkilməyəcək. Zibilliyin yanından ötəndə milçək az qala adamın ağzına girir”.

Lənkəran şəhər icra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsindən bildirdilər ki, ərazidəki zibilliyi elə sakinlər özləri yaradıblar. Əllərinə keçən zibili keçənin ortasına atmaqla qalaq-qalaq ığılan zibil tullantıları indi ərazini “zəbt edib”. Ancaq bununla belə, icra hakimiyyəti ərazinin təmizlənməsi üçün tapşırıq verib.

Sakinlər isə razılaşmırlar. Onlar bildirirlər ki, yerli icra hakimiyyətinin müvafiq şöbəsi əraziyə vaxtında zibil qutuları qoysaydı, zibil də küçənin mərkəzində qalaq-qalaq yığılmazdı.

XS
SM
MD
LG