Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

-

Avqustun 18-də ataları Raqif Kərimli həbsdə olan müsavatçı fəal FərəcSirac Kərimli qardaşları ilə görüşüb. Bu haqda AzadlıqRadiosuna məlumat verən Raqif Kərimlinin sözlərinə görə, Fərəcin vəziyyəti normal olsa da Siracın səhhətində problemlər hələ də qalır:

«Sirac dedi ki, saxlanarkən Narkotiklərə Qarşı Mübarizə İdarəsində ondan narkotik yox, evdəki kompüter və sosial şəbəkələrdəki şifrlər haqda soruşublar. O da deyib ki, kompüter və sosial şəbəkələrdən istifadə etmir. Bonuna qoymaq üçün qandalla döyüblər. Başından və kürəyindən travmalar alıb. Həkim çağırmağa məcbur olublar. Sonradan başa düşüblər ki, Siracın heç nədən xəbəri yoxdur. Deyiblər ki, səni səhv tutmuşuq. Kürəyində qandalların izi hələ də qalır. Fərəcin vəziyyəti normaldır. Saxlanarkən ona psixoloji təzyiqlər olunub».

Beynəlxalq Amnesty İnternational təşkilatı həbsdə olan müsavatçı fəal Fərəc Kərimli və onun qardaşı Sirac Kərimlini «vicdan məhbusu» elan edib. Təşkilatın bu haqda yaydığı bəyanatda bildirilir ki, saxlanarkən qardaşlar polisdə işgəncəyə məruz qalıb:

«Fərəc Kərimlinin yanına saxlanandan 10 gün sonra vəkil buraxılıb. O bildirib ki, ifşaedici ifadələr verməsi üçün polisdə onu döyüblər. Polisdə bildiriblər ki, bu cür ifadə verməyə etiraz etsə, evlərinə silah qoyub, valideynlərinə problem yaradacaqlar. Fərəc Kərimliyə narkotik ittihamı irəli sürülsə də, polisdə ondan facebook fəaliyyəti ilə bağlı məlumat tələb ediblər».

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də məhkəmə onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunmuşdu.

Müsavat Partiyası bəyanat yayaraq Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG