Avropa Birliyi Rusiya sanksiyalarından ziyan çəkən fermerlərə 170 milyon dollar vəsait ayıracaq.
Birliyin İcra Komissiyası avqustun 18-də elan edib ki, bu pul pomidor, kök, alma, armud, üzüm, kivi və s. bu kimi meyvə və tərəvəz yetişdirən fermerlərə veriləcək.
Rusiya avqust ayından Avropa Birliyi və bir sıra Qərb ölkələrindən meyvə və tərəvəz almağa embarqo qoydu. Avropa Birliyinin məlumatına görə, birliyin meyvə ixracının 28, tərəvəz ixracının 21 faizi Rusiyaya gedir.