Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:53

Bir qrup Qarabağ əlili Suraxanıda aksiya keçirir


Bir qrup Qarabağ əlili Suraxanı rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirir. Bu haqda AzadlıqRadiosuna Qarabağ Əlillər Cəmiyyətinin üzvü Loğman Paşayev məlumat verib. Onun sözlərinə görə, aksiya keçirmələrinə səbəb əlillər üçün ayrılmış torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməməsi olub:

«1997-ci ildə təsərrüfatla məşğul olmağımız üçün Suraxanı ərazisində bizə torpaq ayrılıb. Bu torpaq 186 nəfər Suraxanıdan olan əlillər üçün nəzərdə tutulub. İndi bizim təsərrüfatla məşğul olmağa imkanımız yoxdur. Ona görə qərara gəldik ki, bu torpağı hərəyə 2 sot olmaqla bölək, özümüzə ev tikək. Getdik notariusa, bütün sənədləşmə işlərini həyata keçirdik. İndi öz torpağımızda ev tikməyə icazə vermirlər. Biz tikirik, polis, icra hakimiyyəti nümayəndələri gəlib sökürlər. İndi 45 nəfər əlil yığışmışıq bura, etiraz edirik. İcra başçısı xəbər göndərib ki, gəlib qəbul edəcək. Məsələmiz həll olunmayınca buradan getməyəcəyik».

Suraxanı rayon İcra Hakimiyyətindən əlillərin aksiya keçirməsi ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG