Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

Mirzoyan adlı iş adamı Türkiyənin Moskvadakı səsfirliyinə atəş açıb


Avqustun 18-də səhər saatlarında Türkiyənin Moskvadakı səfirliyinin binasına atəş açılıb. Heç bir tələfat yoxdur.

Türkiyənin Hürriyyət qəzeti yazır ki, bir nəfər küçədə öz maşınını saxlayıb, dayancağa qoyub və bundan sonra səfirlik binasının adı yazılan lövhəyə atəş açıb.

Sonradan həmin şəxsin 46 yaşlı Arthur Mirzoyan olduğu məlum olub.

Onun taxta işləri ilə məşğul olan şirkəti var.

Mirzoyan öz hücumun səbəblərini izah etməkdən boyun qaçırıb.

Hürriyyət qəzetinin yazdığına görə, polis son zamanlar Azərbaycanla Ermənistan arasındakı gərginliyin bu hücumun motivi ola biləcəyini düşünür.

XS
SM
MD
LG