Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:25

Kəndlilərin ümidini puç edən təbiət...


Arxiv fotosu
Arxiv fotosu

“Bir tərəfdən quraqlıq, bir tərəfdən də susuzluq... Taxıl məhv olur”.

Deyəsən bu mövsümdə Baş Göynük kəndinin sakini İzzət Rüstəmov əkdiyi taxılın bəhrəsini görməyəcək. Kəndlini ümidsiz edənsə havanın quraqlıqlığı və sahəni suvarmağa su tapmamasıdır. AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır:

“Qardaşımla əlbir olub 4 hektar sahədə taxıl əkmişik. Hər şeyi borc-xərclə edirik, gözümüzü də məhsula dikmişik ki, həm borclardan çıxaq, həm də dolanaq. Ancaq hava və su ümidlərimizi alt-üst edib”.

TAXIL YOXDUR...

Bu il quraqlıq və susuzluq taxıl sahələrinin əksəriyyətinin tamamilə yanmasına səbəb olub. Bu vəziyyət kəndliləri də təəccübləndirib. Başqa kəndli Səxavət Mustafayev:

“Hər dəfə əkdiyimiz taxıl rayonun illik tələbatını tam ödəyirdi. Hətta ölkənin taxıl tələbatının təqribən 20 faizini də ödəyirdi. Bu il isə bu sahədə rayonda vəziyyət gərgindir. Təsəvvür edirsiniz, artıq taxıl yığımı mövsümü başlayıb. Hələ sahəyə bir kombayn girməyib. Taxıl yoxdu axı...”

Kəndlilər su tələb edir:

“Deyək ki, quraqlıq təbiətin işidir. Su problemini həll etmək ki bəndələrin əlindədir. “Əkin sahələrimizə su verin” deyib dad çəkməkdən yorulmuşuq. Deyirlər, su quruyub. Ancaq öz sahələrini suvarmağa su tapırlar”.

Rayonun kənd təsərrüfat idarəsindən bildirirlər ki, rayondakı taxıl sahələrinin təqribən 8500 hektarı quraqlığa görə məhv olub. İdarədən qeyd edirlər ki, ilk dəfədir belə vəziyyətlə qarşılaşırlar.

XS
SM
MD
LG