Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:56

Parisdə şahzadəni soyublar


Fransa polisi bildirir ki, silahlı oğrular Səudiyyə Ərəbistanı şahzadəsinin Parisdə maşın karvanına hücum edib. Fransa mediasının məlumatına görə, silahlılar maşını, “həssas” sənədləri və 335 min dolları aparıblar.

Kalashnikov avtomatları ilə silahlanmış oğrular Parisin şimalında yolda pusqu qurublarmış. Şahzadənin maşın karvanı Səudiyyə Ərəbistanının Parisdəki səfirliyindən Le Bourget hava limanına gedirdi.

Maşın karvanında olan şəxslərə heç bir ziyan dəyməyib.

Fransa polisi bu hadisənin Səudiyyə Ərəbistanının məhz hansı şahzadəsi ilə baş verdiyini demir və onu da bildirmir ki, hücum vaxtı maşın karvanında şahzadə olub, yoxsa yox.

Fransadakı Səudiyyə Ərəbistanı səfirliyi hadisə ilə bağlı hələ şərh verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG