Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:18

ABŞ İraqa 1 trilyon dollar xərcləyib, nəticədə nə qazanıb? Şahmat olimpiadasında bir şahmatçı oyun vaxtı ölüb.

ABŞ-ın Ferguson şəhərciyində qara dərililərin etirazları: Thomas Jefferson qara dərililərin tam hüquqlu vətəndaş ola biləcəyinə şübhə edirdi, bu şübhə cəmiyyətdə hələ də qalır

1 TRİLYON

2003-2010-cu illərdə 5 ABŞ səfirinin xüsusi köməkçisi olan Ali Khadery New York Times qəzetində yazır ki, ABŞ İraqa Səddam Hüseyn devriləndən bəri 1 trilyon dollar pul xərcləyib. 4500 əsgər itirib. Ancaq bütün bunlardan sonra heç kimdən gizli deyil ki, İraq Livanla Nigeriyanın qarışığından ibarət dövlətə çevrilib. Livandakı kimi təriqətlərarası dava gedir və Nigeriyadakı kimi neftdən qaynaqlanan kleptokratiya, yəni oğru hakimiyyətidir.

Foreign Policy məcmuəsində James Jeffrey yazır ki, Barack Obama İraqda İslam Dövləti yaraqlıları ilə mjüharibəyə getməlidir, əgər getməsə, onda o, Amerika ilə müharibəyə gedəcək.

ABŞ RUSİYAYA NƏ CAVAB VERİR?

Wall Street Journal qəzeti baş məqaləsində yazır ki, Rusiyanın Ukraynaya təcavüzünə ABŞ nə ilə cavab verir və ya verə bilər?

Bunlardan biri Ukraynaya hərbi yardım ola bilərdi, ancaq ABŞ hökuməti Ukraynanın hərbi yardım xahişini rədd edib. İzah belə olub ki, bu, Rusiyanı qıcıqlandıra bilər və zorakılıq qızışar.

Fərdi sanskiyalar. Sanksiyalar 30 adama tətbiq olunub, ancaq hökumət 282 şəxsin siyahısını hazırlayıb. Qəzet yazır ki, Putinin dostları harda varsa onlara zərbə vurmaq lazımdır.

Maliyyə sanskiyaları. Obama desə də ki, “sanksiyalar dişləyir”, ancaq bunların qəzetin fikrincə, Rusiya iqtisadiyyatına təsiri azdır. Rusiyadan kapital axını zəifləyib, məzənnə yanvarda 1 dollara 33,76 rubl idisə, indi 36 rubldur, bu da böyük dəyişiklik deyil, Moskva birjasının MİCEX indeksi bir il əvvəlki yerindədir. Maliyyə sankiyaları elə də böyük təsir göstərmir.

Yeni silah yerləşdirilməsi. Qəzetin fikrincə, ABŞ Çexiya və Polşa ilə ballistik raketlər əleyhinə sistemləri yerləşdirmək danışıqlarına yenidən başlaya bilər. 2009-cu ildə bunları yerləşdirməmək qəraraı verilmişdi.

Qəzetin gəldiyi nəticə odur ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq çox az iş görüb və gələcək təcavüzün qarşısını almaq üçün də gördüyü iş azdır.

2 ŞAHMATÇI ÖLDÜ

Guardian qəzetində Esther Addley yazır ki, Norveçdə şahmat olimpiadasında bir neçə saatın içində 2 şahmatçı ölüb. Onlardan biri oyun vaxtı ölüb.

İsveçrədə doğulmuş və Seyşel Adaları yığmasından çıxış edən 67 yaşlı Kurt Meier son oyun vaxtı birdən yıxılıb, onu xəstəxanaya çatdırsalar da , o keçinib.

Bir neçə saat sonra Özbəkistandan olan və adı bildirilməyən şahmatçı hoteldə öz otağında ölü tapılıb.

Hotel olimpiadanın keçirildiyi Tromso şəhərinin mərkəzindədir. Polis bu ölümdə şübhəli hələ heç nə görmür.

Olimpiadanın sözçüsü Jarle Heitman deyib ki, bir yerə və uzun müddətə bu qədər çox adam toplaşanda belə hadisələr ola bilər.

Olimpiadada 1800 şahmatçı oynayırdı və 1000 məşqçi var idi. Yarış iştirakçıları hərəsi 5-6 saat çəkən 11 oyun keçiriblər.

Olimpiadada hər iki ölümün dəqiq səbəbi hələ məlum deyil.

Olimpiada vaxtı şahmatçıların ölümləri əvvəllər də belə hadisələrin ölduğunu yada salıb.

2000-ci ildə Latviya yığmasından oynayan , bakılı qrosmeyster Vladimir Bagirov Finlyandiyada yarışda oyun vaxtı ürək tutması keçirib.

Eyni ildə latviyalı qrosmeyster Aivaris Gipslisin Berlində oyun vaxtı ürək tutması olub və az sonra o ölüb.

Tarjei Svensen chess24.com-un Olimpiadada müxbiridir. O başqa izah verir. O deyir ki, olimpiada çox içki içmək hadisəsi kimi tanınıb. Olimpiada vaxtı 2 istirahət günü var. İstirahət günləri və bu ərəfədəki gecədə həddən artıq çox içki içilir.

ƏDALƏT HAMI ÜÇÜN DEYIL?

2009-cu ildə Pulitzer mükafatı almış və Harvard Hüquq Məktəbinin professoru , Annete Gordon –Reed Financial Times qəzetində yazır ki, ABŞ-ın irqçi keçmişi bu ölkəyə indiyə kimi işgəncə verir və ABŞ bu problemi həll etməlidir. Missuri ştatının Ferguson şəhərciyində polis zabitinin Michael Brown adlı qara dərili yeniyetməni dükandan bahalı siqar oğurlama şübhəsi ilə güllələməsi Fergusonda etirazlar, qiyam doğurub.

Gordon-Reed yazır ki, ABŞ-da bir çox qara dərili gənc şəxsən tanıdıqları adamlar haqda eyni əhvalat danışa bilərlər ki, qara dərilini polis güllələyib. Müəllif yazır ki, onun orta məktəbdə oxuduğu şəhərcikdə də qara dərili gənc polis məntəqsində ölmüşdü.

Müəllif yazır ki, vaxtilə Thomas Jefferson ABŞ-da qara dərililər üçün əsil vətəndaşlıq ola biləcəyinə şübhə edirdi, bu şübhə indiyə kimi qalır. Qara dərili amerikalılar ədalətə nail olmaqda hələ də çətinlik çəkirlər.

Gordon-Reed müqayisə üçün xatırladır ki, Yuta ştatında ilin əvvəlində Bundy rançosunda yaşayanlar öz dedikləri kimi federal hökumətin hərəkətlərinə qarşı etiraza qalxdılar. Onlardan çoxu silahlı idi. Ancaq onlar ağdərili idilər. Onların qiyamı qarşıdurmaya gətirmədi. Onlara qarşı silahlı əsgər yeridilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG