Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:06

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Ukraynanın şərqinə Rusiya humanitar yüklə bağlı Ukrayna və Beynəlxalq Qırmızı Xaçla razılaşmalar əldə olunub.

Lavrov bu bəyanatla avqustun 18-də Berlində, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirləri ilə beş saatlıq görüşdən sonra çıxış edib.

Rusiyadan gələn yük maşınları karvanı avqustun 18-də Ukrayna sərhədi yaxınlığında, Rusiyada qalıb. Həmin karvanın Luqansk və Donetsk sakinləri üçün humanitar yardımla dolu olduğu deyilir.

NATO və Kiyev narahatdır ki, Rusiya humanitar yardım adıyla Ukraynaya hərbi qüvvələr yerləşdirə bilər.

Paul Picard

Paul Picard

Beynəlxalq Qızıl Xaç hərbi müşayiət olmadan yardımın çatdırılmasına razılaşıb. Ancaq əməkdaşlarının təhlükəsizliyi üçün Ukraynanın şərqində rusiyayönlü separatçıları gözləyir.

ATƏT-in sərhəd monitorinq missiyasının başçısı Paul Picard deyib ki, avqustun 18-də bütün tərəflər arasında görüş keçiriləcək, karvanın taleyi həll olunacaq.
Onun sözlərinə görə, Ukraynada milli birliyə nail olmağın yeganə yolu ölkədə bütün regionların və qüvvələrin qatıldığı siyasi prosesi başlatmaqdır.

UKRAYNA BÖHRANI DANIŞIQLARI «ÇƏTİN» KEÇİB

Berlində Ukrayna böhranına dair danışıqlar «çətin» keçib, ancaq «irəliləyiş də var».

Frank-Walter Steinmeier

Frank-Walter Steinmeier

Bunu Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier avqustun 18-də, Rusiya, Ukrayna və Fransadan olan həmkarları ilə beş saatlıq görüşdən sonra deyib. Onun sözlərinə görə, nazirlər öz liderlərinə hesabat verəcək və Ukraynanın şərqində atəşkəs üçün danışıqlar barədə razılığa gəlməyə çalışacaqlar.

Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyayönlü separatçılar arasında döyüşlər gedir.

Avqustun 17-də Kiyev bildirib ki, hökumət Luqanskda polis məntəqəsini tutub. Həmçinin ötən 24 saat ərzində Rusiyadan Ukraynaya hərbi avadanlığın keçdiyi bildirilir.

Öncə Ukrayna rəsmiləri yaraqlıların Luqansk üzərində qırıcı təyyarəni vurduğunu bəyan edib.

RUSİYA UKRAYNA DANIŞIQLARINDA «İRƏLİLƏYİŞ» OLDUĞUNU DEYİR

Rusiya deyir ki, Berlində Ukrayna böhranına dair dörd tərəfli danışıqlarda «müəyyən irəliləyiş» əldə olunub. Xarici İşlər Nazirliyinin avqustun 18-də yaydığı bəyanatda belə deyilir.

Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirləri arasında beş saatlıq görüş keçirilib.

Bəyanata görə, böhranın yüngülləşdirilməsi üçün təkliflərin ortaya çıxacağı gələcək danışıqlar barədə razılıq əldə olunub.

XS
SM
MD
LG