Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:10

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvanda görüşür


Avqustun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvana gediblər.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Günün ikinci yarısında Türkiyə Milli Müdafiə naziri İsmət Yılmazın da Naxçıvana gəlişi gözlənilir.

Avqustun 19-dək davam edəcək səfər zamanı Müdafiə nazirlərinin Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.

XS
SM
MD
LG