Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İran səfərindən razı qalıb


BMT-nin nüvə agentliyinin rəhbəri Yukiya Amano

BMT-nin nüvə agentliyinin rəhbəri Yukiya Amano

BMT-nin nüvə agentliyinin rəhbəri Yukiya Amano avqustun 17-də deyib ki, İrandan mühüm nüvə məsələlərinin əməkdaşlıq yoluyla həllinə dair öhdəlik eşitməsindən razı qalıb. Amano Tehranda İranın prezidenti Hassan Rohani və digər rəsmilərlə görüşüb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yaydığı bəyanatda Amanodan sitat gətirib: «Bu qısa, ancaq faydalı səfər oldu».

Avqustun 25-dək İran BAEA-nın sorğusuna cavab verməlidir. Sorğu ölkənin nüvə proqramının mümkün hərbi aspektləri barədədir.

İRNA-nın məlumatına görə, Rohani Amanoya deyib ki, Tehran BAEA ilə əməkdaşlığa hazırdır. Ancaq Rohani deyib ki, İran uzaqmənzilli raket proqramını müzakirə etməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG