Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:12

İsraildə müsəlman kişi ilə islamı qəbul etmiş yəhudi əsilli qadının toyu olub. Ciddi təhlükəsizlik tədbirləri görülüb. Avqustun 17-də Təl Əvivdə mərasimin keçirildiyi binanın önündə 200 etirazçı toplaşıb, «ərəblərə ölüm» qışqırıb. Cütlük məhkəmədən etirazın qadağan olunmasını istəmişdi, ancaq yalnız ona nail olmuşdu ki, polis etirazçıları mərasimdən 200 metr uzaqda saxlasın. Etirazı ifrat-sağçı yəhudi qrupu olan Lehava keçirib.

Dörd etirazçının polisin göstərişinə əməl etmədiyi üçün saxlanması barədə məlumatlar var. Solçu etirazçılar isə cütlüyə dəstək məqsədilə əks nümayiş keçiriblər.

Qadın, Morel Malka toydan öncə islamı qəbul edib.

Bu etiraz İsrailin yəhudi və ərəb vətəndaşları arasında gərginliyi artırıb. Qəzzada bir aydır müharibə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG