Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:25

Birləşmiş Ştatlar İraqın şimalında hava hücumlarını artırır, kürd qüvvələrin ölkənin ən böyük bəndi almasına yardım edir. Kürd rəsmiləri avqustun 17-də bildirib ki, peşmərgə döyüşçüləri Mosuldakı bəndin böyük hissəsinə nəzarəti bərpa edib. Öncə həmin bəndi İslam Xilafəti (İX) yaraqlıları tutmuşdu.

ABŞ ordusunun məlumatına görə, avqustun 16-da və 17-də İX yaraqlılarına doqquz hava hücumu endirilib.

Ağ Ev bildirib ki, bəndin itirilməsi xeyli sayda vətəndaşın həyatına, ABŞ əsgərləri və qurğularına təhlükə yaradar, İraq hökumətinin əhaliyə əsas xidmətləri çatdırmasını əngəlləyər. Missiyanın zaman və miqyasa görə «məhdud» olacağı da bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG