Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:51

Sibirdə daha geniş muxtariyyat tələbləri səslənir


Arxiv fotosu: Sibirdə kənd.

Arxiv fotosu: Sibirdə kənd.

Avqustun 17-də Novosibirskdə “Sibirin federallşaması naminə” marş keçirəcəklərini bəyan edənlərdən biri Konstantin Eremenko saxlanıb. Bu barədə “OVD-info”ya jurnalist Maxim Sobieski məlumat verib.

Məlumata görə, avqustun 16-da “Milli bolşevik platforması”nın qurultayında tutulan Alexei Baranov və Alexander Atabaev-in də dindirlməsinə başlanıb. Novosibirsk fəalları ehtimal edirlər ki, Eremenko istintaqa cəlb olunacaq.

Bir gün əvvəl Rusiya kütləvi informasiya vasitələri yazıblar ki, Novosibirski hakimiyyəti avqustun 17-nə təyin edilən “Sibirin federallşması naminə” marşının keçirilməsinə icazə verməyib.

Son günlər Novosibirski fəalları onlara təzyiqlərdən şikayətçidirlər.

Beləki özünü təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi təqdim edənlər onların qohumlarına və dostlarına hədələyici zənglər ediblər. "Teleqraf" saytının yazdığına görə, valideynləri Alexei Baranovun mənzilinin qarşısından kəsilmiş qoyun başı tapıblar.

Altay vilayətində isə fəal Michael Poulin saxlanıb. O, da «Milli-bolşevik platforması”nın üzvüdür. Krasnodarda da təşkilatın bir üzvü “kiçik xuliqanlıq”a görə həbs edilib.

Federallaşma tərəfdarları regiona Rusiyanın tərkibində böyük muxtariyyat verilməsini tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG