Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Separatçılar Ukraynanın daha bir təyyarəsini vurdular


MiG-29 döyüş təyyarəsi

MiG-29 döyüş təyyarəsi

Rusiyameylli silahlı separatçılar Ukraynaya məxsus MİG 29 döyüş təyyarəsini vurublar.

Ukrayna hərbi səlahiyyətliləri təyyarənin avqustun 17-si Luqansk vilayəti ərazisində vurulduğunu bildiriblər.

Təyyarədən atılan pilotun Ukrayna hərbçiləri tərəfindən xials edildiyi bildirilir.

Ukraynanın şərqində münaqişə başlayandan bəri rusiyameylli sepaaratçılar Ukraynanın bir neçə hərbi təyyarə və vertolyotunu vurublar.

Göyərtəsində 300-ə yaxın sərnişinin olduğu Malaziya hava yollarına məxsus sərnişin təyyarəsinin də separatçılar tərəfindən vurulduğu bildirilir.

Malayziyaya məxsus «Boing 777» sərnişin təyyarəsi iyulun 17-də Ukraynanın şərqində düşüb. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub.

Bu ilin yazında Ukraynanın Krım yarımadasını Rusiyanın özünə ilhaq etməsindən sonra bu iki ölkənin münasibətləri hərbi toqquşma həddinə çatıb.

Hazırda Ukraynanın şərqində Rusiya yönümlü silahlı qruplarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüş gedir. Kiyev Moskvanı yaraqlıları hər vasitə ilə müdafiə etməkdə günahlandırır.

XS
SM
MD
LG