Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Gədəbəyin 3 000 illiyi qeyd edilir


Gədəbəydə Miskinli kəndində tarixi körpü.

Gədəbəydə Miskinli kəndində tarixi körpü.

Gədəbəy rayonun 3000 illik yubileyi qeyd edilib. AzərTac-ın avqustun 17-də yaydığı məlumatda qeyd edilir yubiley rayonun mədəniyyət sarayında təntənəli qeyd olunub.

Tədbirdə indiyə qədər rayonun Azərbaycan elminə 6 akademik, 15 elmlər doktoru, 800-ə yaxın elmlər namizədi verdiyi vurğulanıb.

Gədəbəy rayonunda olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olub.

XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilib, 1855-1856-cı illərdə rayonda misəritmə zavodu tikilib.

Yerli sahibkarların tikdiyi bu zavodu bir müddət sonra Almaniyanin "Simens" şirkəti alıb və yenidən qurulub.

1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilib. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır.

1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilib. Həmin vaxt Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG