Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Bakı Oyunlarının britaniyalı rəhbəri: “Azərbaycan son dərəcə azad ölkədir”


Simon Clegg

Simon Clegg

.

“The İndependent” qəzeti yazır ki, neftlə zəngin bu ölkədə insan haqları üzərinə hücumlara görə beynəlxalq tənqidlərin şiddətləndiyi bir vaxtda, Britaniya Olimpiya Assosiasiyasının (British Olympic Association) keçmiş sədri, hazırda isə Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına rəhbər təyin edilmiş Simon Clegg Azərbaycanı “son dərəcə azad cəmiyyət” və “yaşamaq üçün gözəl yer” adlandırıb.

Simon Clegg Britaniya şirkətlərinin 2015-ci il Bakı Oyunlarına necə hazırlaşdıqları barədə danışıb.

Onun qəzetə müsahibəsinə görə "yüzlərlə" Britaniya şirkəti hökumətdən ictimai əlaqələrdən tutmuş, iaşə və tibb xidməti sahələrinədək “milyonlarla funt sterlinqlik” sifarişlər alır.

Məqalədə deyilir ki, Britaniya idmanında qüdrətli fiqurlardan biri olan cənab Clegg 3 ay bundan əvvəl Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru təyin edilib.

O qəzetə bildirib ki, hazırda özünün Bakıdakı ofisində London 2012 Olimpiadasının təşkilat komitəsində işləmiş 112 britaniyalı işçi çalışır.

Əliyev “tənqidsiz mühit” yaratmağa çalışır

“The İndependent” yazır ki, ötən ay Azərbaycanın aparıcı insan haqları müdafiəçilərindən Leyla Yunus ölkədə azadlıqlar sahəsindəki bərbad vəziyyətə etiraz olaraq Bakı Oyunlarını boykot etməyə çağırıb.

Qəzet yazır ki, bu yaxınlarda İlham Əliyevin hökumətini tənqid etdiklərinə görə həbs olunmuş Leyla Yunus və onun əri Amnesty International təşkilatının tərtib etdiyi 24 nəfərdən ibarət vicdan məhbusları sıyahısına daxil ediliblər.

Məqalədə deyilir ki, cənab Əliyev qonşu Ermənistanla sərhəddə olan vəziyyətdən və Ukraynadakı böhrandan nəhəng idman tədbiri ərəfəsində Azərbaycanda “tənqidsiz mühit” yaratmaq üçün istifadə edir.

Simon Clegg idman və prezidentin tapşırığı ilə məşğuldur

Qəzet xatırladır ki, Britaniyanın Xarici İşlər Nazirliyi ötən may ayında Azərbaycanda gənc demokratiya fəallarının saxlanmalarını "siyasi motivli həbslər və məhkumetmələrin narahatedici yüksəlişi" kimi tənqid edən bəyanat verib.

“The İndependent”in bu barədə suallarına cavab olaraq cənab Clegg deyib ki, bu vəzifəni qəbul edərkən ölkənin reputasiyasından xəbərdar olub, lakin özü heç bir avtoritar davranış hiss etməyib və ümumiyyətlə o, siyasətlə yox, idmanla məşğul olur.

O deyib ki, Azərbaycanda keçirdiyi 3 ayda ölkədə sərbəst dolaşıb və Azərbaycan haqqında deyilənlərin şahidi olmayıb.

Simon Clegg bildirib ki, “Azərbaycan son dərəcə azad cəmiyyətə malikdir və bura yaşamaq üçün gözəl yerdir”. O həm də əlavə edir ki, siyasətlə məşğul olmur və əsas vəzifəsi Azərbaycan prezidentinin tapsırığı ilə tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilidir.

Avropa Oyunları Bakıdan sonra davam edəcəkmi?

Məqalədə deyilir ki, başqa qitələr artıq 60 ildir, öz olimpiadalarını keçirsələr də, Bakı Oyunları Avropanın ilk olimpiadası olacaq və Azərbaycan hökuməti bu tədbirdən özünün beynəlxalq imicini yüksəltmək üçün istifadə etmək niyyətindədir.

Məqalədə deyilir ki, başqa qitələr artıq 60 ildir, öz olimpiadalarını keçirsələr də, Bakı Oyunları Avropanın ilk olimpiadası olacaq və Azərbaycan hökuməti bu tədbirdən özünün beynəlxalq imicini yüksəltmək üçün istifadə etmək niyyətindədir.

Bu da bildirilir ki, Bakıdan sonrakı oyunların keçirilməsi 49 Avropa Olimpiya Komitəsindən heç birinə həvalə olunmayıb.

“Xəzərin Kannı”

Bakıda keçiriləcək tədbirin qlobal televiziya yayını üçün saziş hazırlanacağı gözlənilir.

Avropanın aparıcı idmançılarının yarışlara cəlb olunması üçün bir çox idman növləri üzrə Rioda 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı yaradılacaq.

“The İndependent” yazır ki, prezident Əliyev özünün bu sevimli layihəsi üçün milyonlarla funt sterlinq xərcləyir.

İndiyədək 6 olimpaidada Böyük Britaniya missiyasına rəhbərlik etmiş və bir vaxtlar Ipswich futbol klunbunun baş icraçı direktoru olmuş Simon Clegg deyib ki, sponsorlarının arasında BP də olan Bakı Oyunlarında Britaniya şirkətkləri üçün əlverişli şərait yaradılacaq.
Azərbaycan paytaxtını “Xəzərin Kannı” adlandıran Clegg bildirib ki, Avropa Oyunları bu ecazikar, dinamik və mütərəqqi ölkəni böyük beynəlxalq tədbirləri keçirməyə qabil bir ölkə kimi tanıdacaq.

Həbsləri İlham Əliyev əmr edir

Lakin Amnesty İnternational təşkilatının Cənubi Qafqaz üzrə kampaniyaçısı Levan Asatiani “The İndepent” qəzetinə bildirib ki, insan haqları fəalı İntiqam Əlievin həbsi ilə Azərbaycandakı vəziyyət son 2 həftədə daha da pisləşib.

Asatiani yerli insan haqları müdafiəşçilərinə istinadən bildirib ki, Azərbaycan hakimiyyətinin son həbsləri onun Avropa Oyunları ərəfəsində ölkədə “tənqiddən azad” zona yaratmaq və tədbir zamanı hər hansı mümkün etiraz aksiyalarının qarşısını indidən almaq niyyətindən irəli gəlib.

Levan Asatiani beynəlxalq icmanı hazırda Avropa Şurasının insan haqları və demokratiyaya cavabdeh olan Nazirlər Komitəsinin rotasiyalı sədri – Azərbaycanın prezidenti İlham Əliyevin üzərinə təzyiqləri artırmağa çağırıb:

“Azərbaycanda hökumətlə əlaqəsi olan az qala bütün sahələrə birbaşa prezident tərəfindən nəzarət olunur. Ola bilməz ki, insan haqlarına hücumlardan prezidentin xəbəri olmasın. O, çox güman ki, fəalların həbsləri barədə qərarların qəbulunda şəxsən iştirak edir”.

Bakı Avropa Oyunları 2015-ci il iyunun 12-də başlayıb 17 gün davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG