Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:37

Michael Saakashvili-yə qarşı qiyabi həbs qərarı verilib


Gürcüstan prezidenti Micheil Saakashvili Tbilisidə mərasimə qatılarkən. 7 yanvar 2013.

Gürcüstan prezidenti Micheil Saakashvili Tbilisidə mərasimə qatılarkən. 7 yanvar 2013.

Gürcüstan prokurorluğunun iddasına görə keçmiş prezident Michael Saakashvili hakimiyyətdə olduğu dövrdə özü və ailəsinin kosmetik xərclərinə 450 min dollara yaxın büdcə pulunu sərf edib.

Prokurorluğun avqustun 16-da yaydığı məlumata görə, büdcə pulları Avropa ölkələrindəki klinikalardan birində əsasən botoks və epilyasiya ineksiyası üçün xərclənib.

Ona görə keçmiş prezident barəsində qiyabi həbs qərarı verilib və barəsində ölkədaxili axtarış elan edilib.

Baş prokurorluğun məlumatında deyilir ki, o sərhədi keçən kimi saxlanacaq.

Michael Saakashvili-yə qarşı üç ittiham irəli sürülüb. O, 2007-ci ildə etiraz aksiyasını dağıdılması zamanı öz səlahiyyət həddini aşmaqda, “İmedi” teleşirkətinin dağıdılmasında, şirkətin yaradıcısı Badri Patarkatsishvili-nin mülkiyyətininin müsadirə olunmasında, Gürcüstan parlamentinin deputatı Valery Gelashvili döyməkdə və büdcə vəsaitlərini dağıtmaqda ittiham olunur.

Hazırda ölkə hüdudlarından kənarda olan Saakashvili ona qarşı ittihamları siyasi təqib hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG