Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:59

Sabiq nazirlər bu dəfə də səhhətlərindən və istintaqın ləng getməsindən narahatlıqlarını bildiriblər


Sentyabrın 26-da İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə və sabiq Səhiyyə naziri Əli İnsanovla görüşüb. Elçin Behbudovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, hər iki nazir təcridxana əməkdaşlarının onlara olan münasibətindən, saxlanma şəraitindən narazı olmadıqlarını deyiblər, səhhətlərindən şikayətləniblər. «Fərhad Əliyev yenə ürək ağrılarından, Əli İnsanov isə təzyiqindən və böyrək ağrılarından əziyyət çəkir. Hər ikisi dedi ki, heç bir cinayət törətməmişik, siyasi motivlərlə həbs olunmuşuq, siyasi oyunların qurbanı olmuşuq». Elçin Behbudovun sözlərinə görə, sabiq nazirlər istintaqın ləng getməsindən də narahatlıqlarını bildiriblər.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə sabiq Səhiyyə naziri Əli İnsanov dövlət çevrilişinə cəhddə və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Onlar ötən ilin oktyabr ayında həbs olunublar.


XS
SM
MD
LG