Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:13

Bu həftə nəqliyyatda qiymətlər arta bilər


İri tutumlu marşrutların Bakıya gətirilməsindən sonra gediş haqqı məsafəyə uyğun tənzimlənəcək

İri tutumlu marşrutların Bakıya gətirilməsindən sonra gediş haqqı məsafəyə uyğun tənzimlənəcək

İri tutumlu marşrutların Bakıya gətirilməsindən sonra gediş haqqı məsafəyə uyğun tənzimlənəcək. Bunu sentyabrın 26-da jurnalistlərlə söhbətində İqtisadi İnkişaf naziri Heydər Babayev deyib. Onun sözlərinə görə, nazirlik artıq bu məsələ ilə bağlı bütün təklifləri hazırlayıb və Nəqliyyat Nazirliyinə təqdim edib. Cənab Babayevin sözlərinə görə, əgər indi şəhərin mərkəzində gediş qiymətləri 500 manatdırsa yeni məsafəyə uyğun qiymətləndirmədə bu şəhərin müxtəlif istiqamətlərində müxtəlif olacaq. Gediş haqlarının artırılmasıyla bağlı məsələyə gəlincə Heydər Babayev deyir ki, Tarif Şurasının sərnişin nəqliyyatında gediş haqları ilə bağlı yekun qərarı bu həftə məlum olacaq. Cənab Babayevə görə, qərar hələ verilməsə də əsas fikir odur ki, qiymətlər qaldırılsın. İri tutumlu marşrutlar gələndən sonra indiki mikro avtobuslarda sərnişin daşınmasına qadağa qoyulacağını deyən cənab Babayevə görə, həmin marşrutların rayonlara və şəhər kənarına yönəldilməsi ilə bağlı hər hansı bir fikir yoxdur. Bu marşrutlardan hansı istiqamətdə istifadə ediləcəyi birbaşa sahibkarların özündən asılı olacaq. Bir o məlumdur ki, həmin marşrutlarla şəhərdə sərnişin daşınmasına imkan verilməyəcək. Yerüstü sərnişin nəqliyyatından fərqli olaraq metroda gediş haqqı olduğu kimi qalacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG