Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:36

«Bakı-Xəbər»: «Azərbaycanın xarici şirkətlərdəki paylarına yeni həbslər qoyula bilər»


«Ayna» qəzetinin əməkdaşı yazır ki, rəsmi Bakı Azərbaycanda səfərdə olan NATO ekspertlərinin tövsiyələrindən müəyyən nəticə çıxarıb. Beləliklə, yaxın günlərdə Müdafiə Nazirliyində, Baş Qərargahda, Silahlı Qüvvələr strukturunda genişmiqyaslı yoxlamalara başlanılacaq. «Ayna»ya verilən məlumatlara görə, artıq bununla bağlı ölkə başçısı səviyyəsində qərar qəbul olunub. Müəllifin yazdığına görə, İlham Əliyevin bu qərara gəlməsində hazırda Azərbaycanda səfərdə olan NATO ekspertlərinin tövsiyələrinin böyük rolu olub. Məhz NATO ekspertlərinin fikrincə, orduda yoxlamalar aparılmadan, mövcud nöqsanlar aradan qaldırılmadan və günahkarlar cəzalandırılmadan müdafiə sahəsində hər hansı effektli islahatdan danışmaq yersizdir. Hazırda MTN, Hərbi Prokurorluq, prezident adminstrasiyasının bəzi məmurlarının orduda kütləvi yoxlamaların aparılmasına tərəfdar çıxdığı bildirilir. İlham Əliyevin məsələ ilə bağlı hərbi müşaviri, general-leytenant Vahid Əliyevə və hərbi prokuror, general-leytenant Xanlar Vəliyevə konkret tapşırıqlar verdiyi də qeyd edilir.


«Mərkəz» qəzetindəki «Gediş haqqını artıranlar cəzalandırıldı» başlıqlı məqalədə bildirilir ki, artıq dünəndən etibarən Nəqliyyat Nazirliyi sərnişindaşıma sektorunda özbaşınalığı aradan qaldırmaq məqsədilə ciddi tədbirlərə başlayıb. Nazirliyin mətbuat katibi Namiq Həsənovun sözlərinə görə, bu məqsədlə reydlər keçirilir.


Özbaşına qiymət artıran sürücüləri ciddi cəza gözləyir. Cənab Həsənov deyir ki, gediş haqqını artıranlar birmənalı şəkildə işdən kənarlaşdırılacaq. «Əgər gediş haqqının qaldırılması barədə tapşırığı marşrut xəttini istismar edən sahibkar veribsə, həmin marşrutun lisenziyası əlindən alınacaq», – deyə o, bildirib.


«Bakı-Xəbər» qəzetindəki «Azər­bay­ca­nın xa­ri­ci şir­kət­lər­də­ki pay­la­rı­na ye­ni həbslər qo­yu­la bi­lər» başlıqlı məqalədə göstərilir ki, Ra­bi­tə və İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı Na­zir­li­yi­lə «Fimbank» ara­sın­da ya­ran­mış kre­dit qal­ma­qa­lı da­vam et­mək­də­dir. Qal­ma­qal so­na çat­ma­ya­na qə­dər sö­zü­ge­dən na­zir­li­yin Fran­sa­nın «Ye­u­tel­sat» şir­kə­tin­də olan 500 min dol­lar­lıq pa­yı­nın üzə­rin­dən həb­sin gö­tü­rül­mə­yə­cə­yi bil­di­ri­lir ki, bu da Ra­bi­tə və İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı Na­zir­li­yi­nin ye­ni­dən məh­kə­mə­yə mü­ra­ci­ət et­mə­si­lə nə­ti­cə­lə­nib. Na­zir­li­yin hü­quq­şü­na­sı Bəx­ti­yar Məm­mə­do­vun söz­lə­ri­nə gö­rə, Fran­sa məh­kə­mə­si hə­min pay­la­rın üzə­ri­nə həbs qə­ra­rı qoy­maq­la yan­lış hökm çı­xartdı­ğın­dan, on­lar ye­ni­dən məh­kə­mə­yə mü­ra­ci­ət et­mək qə­ra­rı­na gə­lib­lər. Gə­lən ay Pa­ris məh­kə­mə­sin­də Ra­bi­tə və İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı Na­zir­li­yi­nin mü­ra­ci­ə­ti­nə ba­xı­la­caq. Cənab Məm­mə­dov qeyd edib ki, on­lar məh­kə­mə hök­mü­nün də­yiş­di­ril­mə­si­nə na­il ol­maq­la ya­na­şı, «Fimbank»dan kom­pen­sa­si­ya ola­raq, 150 min av­ro tə­ləb et­mək niy­yə­tin­də­dir­lər. An­caq adı­çə­ki­lən bank özü də Azər­bay­can hö­ku­mə­ti­nə qar­şı ye­ni id­di­a­lar­la çı­xış et­mə­yi dü­şü­nür.


«Gündəlik Azərbaycan» qəzetindəki «ADP-də «məxməri çevriliş» cəhdi» başlıqlı məqalədə Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevin təklifi əsasında sentyabrın 24-də partiyanın qərargahında keçirilən ümumrespublika müşavirəsi şərh olunub. Müəllif yazır ki, müşavirədə əsas müzakirələr günün ikinci yarısında başlayıb və ən maraqlı məqamlar da bu zaman meydana çıxıb. Belə ki, Ali Məclisin sədri Akif Şahbazovun çıxışı ciddi qarşıdurmaya səbəb olub. O, Ali Məclisin iclasının müşavirə zamanı keçirilməsini, sonra özünə qeyri-məhdud səlahiyyətlər və Yaqub Abbasovun sədrin müavini kimi təsdiq edilməsini istəyib. Ancaq bu təklifə Qurban Məmmədov və ADP Astara rayon təşkilatının sədri tərəfindən etiraz gəlib. Siyasi müşahidəçilər hesab edirlər ki, əslində, bu yolla R.Quliyev partiyadakı bütün işləri öz nəzarətinə götürmək istəyib. Yəni A.Şahbazov müəyyən səlahiyyətlərə malik olan kimi Mərkəzi Nəzarət Təftiş Komissiyasını buraxmalı, Ali Məclisdə lazım olmayan şəxslərin məsələsini həll etməli və istədiyi təyinatları yerinə yetirməli imiş.


XS
SM
MD
LG