Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:40

Səhiyyə Nazirliyi «Ebola» virusu ilə bağlı əmr imzalayıb


«Ebola» virusu

«Ebola» virusu

-

«Ebola» virusu xəstəliyinin Azərbaycana keçməsinin qarşısının alınması üçün səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov əmr imzalayıb.

Əmrdə şəhər və rayonların tibb idarə və müəssisələrinin, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Afrikanın qərbində yayılan «Ebola» virusundan ölənlərin sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən, virusa yoluxanların sayı 1975 nəfərdir. Qripdən və vərəmdən fərqli olaraq, «Ebola» virusu insandan insana hava yolu ilə keçmir. Yoluxma yalnız xəstədən ayrılan ifrazatlarla – qan, tüpürcək, tər və s.-lə birbaşa təmasda olduqda baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG