Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

Almaniya ABŞ dövlət katibinin telefon söhbətlərinə qulaq asırmış


John Kerry və Angela Merkel

John Kerry və Angela Merkel

-

Almaniyanın «Der Spiegel» dərgisi bildirir ki, Almaniyanın xarici kəşfiyyat idarəsi ABŞ dövlət katibi John Kerry və sələfi Hillary Clinton-la telefon danışıqlarını dinləyib.

Təşkilatın qısa adı BND-dir. Dərgi iddia edir ki, 2012-ci ildə Hillary Clinton-un BMT baş katibi Kofi Annan ilə danışıqları da qeydə alınıb.

«Der Spiegel» mənbəni açıqlamasa da, bildirir ki, bu üç şəxsin səsinin qazılması hədəflənməyib, təsadüfən toplanıb. Bu yazıların dərhal məhv edilməsi tapşırılıb.

«Der Spiegel» yazır ki, BND özünün NATO partnyoru olan Türkiyəni də izləyibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG