-
İraq rəsmiləri bildirirlər ki, «İraq Şam İslam Dövləti» (İŞİD) əksəriyyəti yezidilər olan 80-dək mülki vətəndaşı öldürüb.
Yezidi hüquq müdafiəçisi Mahma Khali bildirib ki, İŞİD döyüşçüləri avqustun 15-də Koço kəndinə hücum ediblər.
Qadınlar və uşaqlar əsir alınıb.
İraqın keçmiş xarici işlər naziri və kürd lideri Hoshyar Zebari deyir ki, öldürülənlər evlərini tərk etməyən yezidilərdir. O, bu hücumu «qətliam» adlandırıb.
İŞİD yaraqlıları on minlərlə yezidiyə avqustun 2-də ultimatum verib: islamı qəbul etsinlər, cərimə ödəsinlər, çıxıb getsinlər ya da öldürüləcəklər.
Bir müddət əvvəl eyni tələb Mosuldakı xristianlar qarşısında qoyulmuşdu.
İŞİD İraqın şimalının və qərbinin böyük hissəsini zəbt edib.