Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:55

ABŞ polisi aksiyanı göz yaşardan qazla dağıdır [Video/Foto]


ABŞ polisi göz yaşardan qazdan istifadə edir
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

ABŞ polisi göz yaşardan qazdan istifadə edir

-

ÖTƏN GECƏ POLİS GÖZ YAŞARDAN QAZDAN İSTİFADƏ EDİB

ABŞ polisi ötən gecə Ferqyuson şəhərində etiraz aksiyasını dağıtmaq üçün tüstü və göz yaşardan qazdan istifadə edib. 150-ə yaxın aksiyaçı şəhərdə fövqəladə vəziyyət elan olunmasına baxmayaraq gecə yarısı toplaşdıqları yerdən kənarlaşmaqdan imtina ediblər.
Polisin sözçüsü iddia edir ki, onların maşınlarına güllə atılandan sonra göz yaşardan qazdan istifadə etməyə məcbur olublar.

Polis gecə yarısı keçirdiyi əməliyyatın fövqəaldə vəziyyətə görə deyil, şəhərdə restoranlardan birində baş verən zorakılığa qarşı aparıldığını bildirir. Əməliyyat zamanı 7 nəfər saxlanıb.

ABŞ-DA POLİSLƏ AKSİYA İŞTİRAKÇILARI ARASINDA QARŞIDURMA

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı qaradərili Michael Brown-un qətli polislə etirazçılar arasında şiddətli toqquşmalara yol açıb.

Avqustun 9-da Michael Brown-u onu küçədə saxlayan yerli polislər güllələyib. Michael silahsızmış və şahidlərin dediyinə görə, polis atəş açarkən əllərini yuxarı qaldıraraq dayanıbmış. Amma polis Michael-in onlara müqavimət göstərdiyini iddia edir.

Etiraza qalxan yerli əhali yeniyetməni öldürən polis zabitinin adının açıqlanmasını istəyib.

Ferqyuson şəhər polisi o zabitin adını yalnız bir həftə sonra-avqustun 15-də açıqlayıb. İndi etirazçılar da bilir ki, 18 yaşlı Michael-i hüquq-mühafizə orqanlarında 6 il çalışmış Darren Wilson-un atdığı güllə öldürüb.

ABŞ prezidenti Barack Obama olayı faciə adlandırıb və polisin belə uyğunsuz gücdən istifadəsini yolverilməz sayıb. Obama olayın ədalətli araşdırılacağına da söz verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG