Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:07

«Amnesty International» 23 sentyabr aksiyasına reaksiya verdi


Bəyanatda adı məlum olan 15-dən çox azərbaycanlının həbs edildiyi bildirilir
Bəyanatda adı məlum olan 15-dən çox azərbaycanlının həbs edildiyi bildirilir

«Amnesty International» sentyabrın 25-də verdiyi bəyanatda İranda dinc şəkildə söz və fikir azadlıqlarını həyata keçirmək istəyən insan hüquqları və milli azlıqların müdafiəçilərinə qarşı son təzyiq və həbslərdən narahatlını bildirir. İran hökumətinə müraciət edən təşkilat dinc nümayişlər zamanı tutulan bütün şəxslərin dərhal azad edilməsi və məhbusların işgəncə və azar-əziyyətdən qorunmasını tələb edir.


Bəyanatın birinci hissəsində 23 sentyabr aksiyaları və ondan əvvəl həmin mitinqlərə hazırlıq zamanı tutulanlar haqda məlumat verilərək, adı məlum olan 15-dən çox azərbaycanlının həbs edildiyi bildirilir.


Burada 52 yaşlı Əsədulla Səliminin sentyabrın 9-da Təbrizdə səfərdə olarkən əlində aksiya elanları tapıldığı üçün təhlükəsizlik idarəsinin Təbrizdəki şöbələrindən birində həbs edildiyi məlumat verilir.


Təşkilat 25 sentyabr tarixli bəyanatında İran azərbaycanlılarının təxminən son 15 il ərzində hökumətdən öz ana dillərində təhsil almaq haqlarını tələb etdiklərini bildirərək, bu tələbatın ölkə konstitusiyasına heç də zidd olmadığını yazır

Sentyabrın 14-də İskəndər Mirzai və Mehdi Vahidinin Sulduz şəhərində habelə həmin ayın 15-də Eli Sediq Berəq adlı bir şəxsin Təbrizdə aksiya vərəqələri payladıqları ehtimali ilə tutulduqları bildirilir.


«Amnesty International» may hadisələrində həbs edildikdən sonra bu yaxınlarda azad edilən bir çox fəalın da yenidən tutulduğunu yazır. Bunlardan Çingiz Bəxtaver, Qulamriza Əmani və Həsən Ərkin adı çəkilir. Eyni zamanda aprel ayında həbs edilmiş Murtuza, Mustafa və Məhəmmədrıza Əvəzpur qardaşlarının sentyabrın 21-də səhər tezdən Təbrizdəki evlərindən tutulub aparıldıqları bildirilir. Bəyanatda 14 yaşlı Məhəmmədrıza Əvəzpurun aprel ayında həbs edilərkən işgəncələrə məruz qaldığından da xəbər verilir.


Urmiyadan isə Firidun Mehdipur və Huseyn Purqurbanın şənbə günü cari ayın 23-də tutulduqlarını xəbər verən «Amnesty International» onların saxlanıldığı yerin məlum olmadığını bildirir. Eyni zamanda 23 sentyabr aksiyalarında təhlükəsizlik qüvvələri ilə üzləşən bəzi nümayişçilərin yaralandığı ehtimal edilir.


Təşkilat 25 sentyabr tarixli bəyanatında İran azərbaycanlılarının təxminən son 15 il ərzində hökumətdən öz ana dillərində təhsil almaq haqlarını tələb etdiklərini bildirərək, bu tələbatın ölkə konstitusiyasına heç də zidd olmadığını yazır. İnsan hüquqları təşkilatı daha sonra beynəlxalq qanunlara əsaslanaraq bildirir ki, heç bir hökumət bu təbii haqqı insanlardan ala bilməz.


Bəyanatın sonunda ölkə hökumətlərinin milli azlıqları ana dilində savad almaq imkanı ilə təmin etməli və bu dillərdə dərslik nəşr etməli olduqlarına təkid edilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG