Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:44

Anardan tarixi-kulturoloji traktat

-

Yazıçı Anarın “Yaşamaq haqqı” adlı tarixi-kulturoloji traktatı çapa hazırlanır.

525.az xəbər verir ki, traktat Azərbaycanın qədim dövrdən indiyəcən tarixini əhatə edir. Orxon-Yenisey abidələrindən üzü bəri.

Dil problemi, işğalçıların Azərbaycan dilinə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, Sovet imperiyasının qurulması və Azərbaycanın İttifaqa qoşulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınlar xalqın tarixində nə kimi izlər buraxıb?

Qarabağın işğalı, 20 yanvar hadisələri, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlət gizlənirdi?

Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra pespublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklər…

Xalq hərəkatının aparıcı nümayəndələri olan Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Nemət Pənahlı və başqalarının portret cizgiləri…

2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi…

Yaxın zamanlarda əsərdən bəzi hissələrin dövrü mətbuatda yayımlanması planlaşdırılır.

Bu əsər ilk dəfə 2013-cü ildə Anarın “LİK Azerbaydjana” üçcildliyində rus dilində çap olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG