Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:24

İntiqam Əliyevin evindən götürülən suvenir ekspertizaya göndərilib


Arxiv foto

Arxiv foto

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin evində axtarış apararkən tapılan suvenir xəncər ekspertizaya göndərilib. Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımlı məlumat verib:

«Avqustun 8-də İntiqam Əliyevin evində axtarış aparılarkən, suvenir xəncəri də götürmüşdülər. Adi, dükanlarda satılan dekorativ xəncərdir. Avqustun 14-də müstəntiq həmin xəncərin soyuq silah olub-olmaması barədə ekspertiza rəyinin verilməsi ilə bağlı qərar çıxarıb».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. «Amnesty International» onu vicdan məhbusu hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG