Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:29

Körpəni oğurlamaqda şübhəli bilinən qadının görüntüləri yayılıb [Video]


-

Sumqayıtda 2 aylıq körpəni oğurlamaqda şübhəli bilinən qadının video görüntüləri yayılıb.

Sumqayıt polisindən AzadlıqRadiosuna verilən məlumata görə, həmin görüntülər ərazidəki təhlükəsizlik kamerasına düşüb.

Məlumata görə, şəhər sakini Aysel Əliyeva polisə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 13-də Sumqayıt şəhərindəki Nizami adına istirahət parkında karuseldə yellənərkən iki aylıq qızı Aylin Əhmədlini saxlamaq məqsədi ilə tanımadığı qadına verib, karusel dayandıqdan sonra həmin qadının uşaqla birlikdə naməlum istiqamətə getdiyi məlum olub.

Sumqayıt polisi videoda olan sarı saçlı, dolu qadının uşağı oğurladığını ehtimal edir. Polis hələki həmin videodakı qadını və uşağı tapmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG