Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44

«Bizim Yol» qəzetinin əməkdaşı prokurorluğa çağırılıb


«Bizim Yol» qəzetinin əməkdaşı Gülər Mehdizadə

«Bizim Yol» qəzetinin əməkdaşı Gülər Mehdizadə

«Bizim Yol» qəzetinin əməkdaşı Gülər Mehdizadə bu ilin may ayında 7 saylı internat məktəbində baş verən insidentlə bağlı Bakı Şəhər Prokurorluğuna çağırılıb. Bu haqda AzadlıqRadiosuna Gülər Mehdizadənin özü məlumat verib:

«Həmin internatda təhsil alan 7 yaşlı Nihad Cəbrayılovun döyülməsi ilə bağlı araşdırma yazı yazmışdım. Avqustun 14-də prokurorluqdan redaksiyaya zəng vurub dedilər ki, bu yazı ilə bağlı ifadə verməliyəm. Mən də bildirdim ki, rəsmi çağırış göndərsinlər. Hələlik çağırış gəlməyib. Gələn kimi gedəcəyəm».

Bu ilin may ayında Sosial şəbəkələrdə Suraxanıdakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində müəllimin Nahid Cavadovu dəyənəklə döyməsi barədə məlumat yayılıb. Rəsmi qurumlar məlumat yayaraq şagirdin məktəbin sanitar qovşağında sürüşərək yıxıldığını, alın nahiyəsindən zədə aldığını bildiriblər. Sonradan isə «Youtube»da Nahid Cavadovun videosu yayılıb. Videogörüntüdə o, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.

Həmin dövrdə Baş Prokurorluq məlumat yayaraq Nahid Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğunu bildirmişdi. Faktla bağlı cinayət işi başlanıb, istintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdı

Günün bütün mövzuları

XS
SM
MD
LG