Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

Ukrayna Moskvanın humanitar yardımını yoxlamağa başlayır


Arxiv fotosu
Arxiv fotosu

Ukraynaya gedən Rusiyanın hümanitar maşın karvanını onlarla zirehli texnika müşaiyət edir.

Rusiya tərəfinin məlumatına görə, maşın karvanı Ukraynanın şərqinə su, ərzaq və digər lazımi avadanlıqlar aparır.

Ukrayna Rusiya ərazisində gözləyən hümanitar yükləri yoxlamaq üçün gömrük əməkdaşlarını qonşu ölkəyə göndərib.

Ukrayna milli müdafiə və təhlükəsilik şurasının sözçüsü Andrey Lısenko bundan əvvəl bu yüklərin yoxlandıqdan sonra, Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriləcəyini demişdi.

Ukrayna şərqindəki Donetsk və Luqansk vilayətlərinin ərazisində isə hökumət qoşunları ilə Rusiyameylli yaraqlı dəstələr arasında şiddətli döyüşlər davam edir. Qərb agentliklərinin məlumatına görə, avqustun 14-də Rostovdan Ukrayna ərazisinə 23 zirehli texnika keçib.

Donetsk şəhər rəhbərliyi son 24 saat ərzində baş verən döyüşlərdə 11 dinc sakinin öldüyünü xəbər verir.

Ukrayna ordusu Luqansk yaxınlığında ağır döyüş getdiyini xəbər verir.

XS
SM
MD
LG