Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

-

Təşkilatçılar Vyanada müsabiqənin keçiriləcəyi «Wiener Stadthalle» arenasını bəyəniblər.

«Eurovision» mahnı müsabiqəsinin icraedici rəhbəri Jon Ola Sand və təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker Vyanada müsabiqənin keçiriləcəyi «Wiener Stadthalle» arenasında olublar.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, təşkilatçılar arenanın «Eurovision-2015» yarışmasının keçiriləcəyi məkan kimi çox yaxşı seçim olduğunu bildiriblər.

Onlar bunu ərazinin, nəqliyyatın intensiv hərəkəti baxımından əlverişli, eləcə də şəhərin mərkəzində yerləşən əksər otellərə yaxın olması ilə izah ediblər.

Təşkilatçıların fikrincə, Vyana özünün böyük mədəniyyəti, incəsənəti və kulinariyası ilə Avropanın incilərindən biridir. «Eurovision-2015» mahnı müsabiqəsi burada uğurla reallaşacaq.

Müsabiqənin I və II yarımfinalı 2015-ci il mayın 19-u və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG