Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

Fəxri Xiyabanda Müslüm Maqomayevin anım mərasimi keçiriləcək


Müslüm Maqomayev

Müslüm Maqomayev

-

Avqustun 17-si Müslüm Maqomayevin doğum günüdür.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, həmin gün saat 18:00-da Fəxri Xiyabanda Müslüm Maqomayevin anım mərasimi keçiriləcək.

Altı ildir ki, görkəmli sənətkar dünyasını dəyişib və pərəstişkarları, musiqisevərlər onun doğum gününü Bakıdakı məzarı önündə qeyd edirlər.

Mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda doğulub.

Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub.

1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb.

Milanda «La Skala» teatrında təcrübə keçib.

Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.

Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın «Şöhrət» və «İstiqlal» ordenlərinə layiq görülüb.

2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib.

Şöhrətli müğənni doğma şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG