Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

Rusiya özünün «Booking.com»-nu yaradır


Rusiya özünün «booking.com»-a oxşayan milli onlayn rezerv sistemini yaratmaq istəyir.

«Kommersant»ın yazdığına görə, 2015-ci ildə işə salınması planlaşdırılan layihəni Rosturizm-lə Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi idarə edəcək.

Məlumata görə, yeni sistem vasitəsi ilə Rusiyanın az tanınan pansionat və sanatoriyaları haqqında məlumatları daha yaxşı yayılacaq.

Otellərin əvvəlcədən onlayn sifariş edilməsi ilə bağlı 1996-cı ildə yaradılan «Booking.com» ən məşhur xidmətlərdən biri hesab edilir. Hər il bu sayt vasitəsi ilə şirkətlər əvvəlcədən 700 mindən çox otel nömrəsini sifariş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG