Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

-

«Rusiyanın zirehli texnikası Ukrayna sərhədini keçib»

«Dojd» telekanalının yaydığı məlumata görə, belə bir xəbəri «Guardian»nın müxbiri Sean Walker LA «Telegraph»ın müxbiri Roland Oliphant yazıb.

Jurnalistlər bildirirlər ki, avtomobil karvanında 23 zirehli texnika, yanacaq dolu çənlər və müşayətçi maşınlar olub.

Onların məlumatına görə, karvan əsas yoldan yan yollara çıxaraq «İzvarino» Yoxlama Buraxılış Məntəqəsində Ukrayna sərhədini keçib.

Bu məlumat hələki rəsmi təsdiq və ya inkarını tapmayıb.

BBC-nin bildirdiyinə görə, bundan bir neçə saat öncə Rusiyanın humanitar karvanı Ukrayna sərhədinə çatıb və sözügedən məntəqənin önündə dayanıb.

«Unian.net» isə Hərbi siyasi araşdırmalar mərkəzinin rəhbəri və əlaqələndiricisi Dmitry Tmchuk-a istinadla xəbər verir ki, Rusiyanın humanitar yardımı qanunsuz keçirə biləcəyi ərazini Ukrayna hərbçiləri artıq nəzarətə götürüblər.

Şərhləri göstər

XS
SM
MD
LG