Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:33

Rusiyanın humanitar karvanı “gizlənpaç” oynayır? (Video)


Rusiyanın yardım karvanı Ukraynaya doğru hərəkətə başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Rusiyanın yardım karvanı Ukraynaya doğru hərəkətə başlayıb

.

BBC Rus xidmətinin yaydığı məlumata görə Rusiyanın Şərqi Ukrayna üçün göndərdiyi humanitar yardım karvanı “Don” (Moskva-Rostov-Novorossiysk) federal magistralından dönərək Rostov vilayətinin Donetsk şəhəri istiqamətində hərəkətə başlayıb.

Karvanla birlikdə hərəkət edən BBC müxbiri Steve Rosenberg yazır ki, yük maşınları Rusiya-Ukrayna sərhədinin 35 kilometrliyində açıq çöllükdə dayanıb.

Moskva bundan əvvəl bildirmişdi ki, Kiyevlə əldə olunmuş razılaşmaya əsasən karvan Ukrayna hökumətinin nəzarətində olan və Xarkov vilayətində yerləşən sərhəd məntəqəsinə gəlməli və burada Ukrayna sərhədçiləri 270 KaMaz maşınının içindəki yükləri yoxlamalı idilər.

Son xəbərlərə görə isə karvan yolunu dəyişib.

Bir müddət karvanın harada olduğu ümumiyyətlə bilinməyib. Az sonra jurnalistlər karvanı Voronej yaxınlığında aşkar ediblər.

Karvanı hərbi maşınlar müşaiyət edir?

Bu arada başqa məlumatlara görə Rusiyanın əvvəlcədən verdiyi vədin əksinə olaraq humanitar yardım karvanını hərbi maşınlar müşaiiyət edir. Bu barədə xəbəri də Rosenberq yayıb.

Xəbər verilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüksək vəzifəli nümayəndəsi yaxın saatlarda Kiyevdə və Moskvada humanitar yardımın Ukraynanın şərqinə çatdırılması məsələsini müzakirə etməlidir.

Qırmızı Xaçın Avropa və Mərkəzi Asiyada əməliyyatlarına cavabdeh Laurent Corbaz danışıqlar zamanı öz təşkilatının sırf humanitar missiyaya qoşula biləcəyində israr edəcək.

O deyib ki, humanitar yardımdan siyasi məqsədlər və ya təbliğat üçün istifadə olunması yolverilməzdir.

Qırmızı Xaçın Rusiya nümayəndəsi Anastasiya İsyuk deyib ki, sərhədin keçilməsi proseduru tərəflər arasında razılaşdırılmalıdır.

Gözəgörünməz karvan

Rusiyada, Ukraynada və eləcədə başqa ölkələrdə sosial media istifadəçiləri Rusiya humanitar yardım karvanını addımbaaddım izləməyə çalışırlar.

Xəbər resurslarından biri “Şərqi Ukrayna” karvanını “gözəgörünməz” adlandırıb.

Ukrayna mediası şahidlərin məlumatına əsasən yazır ki, karvan qiyamçıların əlində olan Luqansk istiqamətində gedir.

Bəzi mənbələr karvanın ikiyə haçalandığını xəbər verirlər. Beləki, karvana daxil 100 yük maşını ötən gecəni Voronejdəki hərbi bazada keçirib.

“Elə isə yerdə qalan 150 maşın haradadır?” – deyə sual edir media.
Rostov istiqamətində gedən maşınların sayı barədə də dəqiq məlumat yoxdur.

Mühasirəni yarmaq cəhdi?

Çərşənbə günü gecə Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Valery Chaly bildirib ki, Ruysiya humanitar yardım karvanı Ukrayna ərazisinə icazəsiz daxil olmağa cəhd göstərib.

Bəzi mənbələr, məsələn Dmitry Timchuk-un “İnformasiya müqaviməti” saytı xəbər verir ki, humanitar karvanla paralel olaraq Ukrayna sərhədi istiqamətində Rusiyanın hərbi texnikası hərəkət edir.
Bu həyəcanlı xəbəri humanitar yardım karvanında olan xarici jurnalistlər, o cümlədən “The Guardian” qəzetinin müxbiri Shaun Walker də təsdiq edir.

O yazır ki, karvan Ukrayna sərhədinə separatçıların nəzarətində olan İzvarino keçid məntəqəsi tərəfdən yaxınlaşır.

Müxbir xəbər verir ki, hazırda karvanın istiqaməti qiyamçıların istehkanmı olan Luqansk tərəfədir.

“The Guardian” yazır ki, karvanın üzərində iki hərbi helokopter uçur.
Qəzet bildirir ki, əsas yolun kənarında Rusiyanın tanklar və artilleriyası da daxil olmaqla hərbi birləşmələri görünür.

Təbliğat, yoxsa təxribat?

Bir sıra Rusiya və Qərb təhlilçiləri yazırlar ki, Rusiyanın Şərqi Ukraynaya belə qəfil humanitar yardım çatdırmaq qərarının bir neçə siyasi səbəbi ola bilər.

Bunlardan biri Putin hökumətinin “üzünü ağartmaq” üçün təbliğat fəndi işlətməsidir.

İkinci səbəb karvana baş qatmaqla Şərqi Ukraynadakı separatçı birləşmələrə yenidən qruplaşmaq imkanının yaradılmasıdır.

Üçüncü səbəb kimi, təxribat cəhdi göstərilir.

Təhlilçilər yada salırlar ki, bir neçə il əvvəl Qəzza zolağına aparılan humanitar yardım da sabitsizliyi pozmuş və az qala müharibəyə çevrilmişdi.

XS
SM
MD
LG