Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:45

Prezidentə sui-qəsddə şübhəli bilinənlərin şikayəti təmin olunmayıb


MTN
MTN

-

Bakı Apellyasiya Məhkəməsi «Eurovision» mahnı müsabiqəsi ərəfəsində Azərbaycan prezidentinə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərin şikayətinə baxıb.

apa-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış ediblər.

Şikayət təmin olunmayıb, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsi ərəfəsində terror aktları və Azərbaycan prezidentinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdirdiyini bildirmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı olduğu bildirilən Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər.

XS
SM
MD
LG