Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:20

CAS (İdman Arbitrajı Məhkəməsi) uruqvaylı futbolçu Suarezin 4 aylıq cəzasını götürdü və ona Barcelona klubu ilə məşq etməyə icazə verdi.

Braziliyada son Dünya Kuboku yarışlarında italiyalı Chiellini-ni dişlədiyinə görə FİFA onu 112 min dollar cərimə etmişdi, o, Uruqvay yığmasında növbəti 8 oyunu buraxmalı idi və 4 ay bütün futbol fəaliyyəti ona qadağan olunmuşdu.

Suarez bu cəzaları həddən artıq sayır və arbitraj məhkəməsinə müraciət etmişdi.

CAS FİFA-nın bütün cəzalarını qüvvədə saxladı, yalnız 4 aylıq qadağanı götürdü.

Suarez Barcelonada oktyabrın 26-na kimi oynaya bilməyəcək.

Suarez indiyə kimi rəsmi oyunlarda 3 dəfə rəqibini dişləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG