Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:36

-

Azərbaycan Yazıçılar Birliyi (AYB) kitab çapı və onlayn satışla bağlı yeni layihəyə start verəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzaya istinadla yaydığı xəbərə görə, yeni layihədə kitabların «AYB Kitab» loqosu altında nəşri nəzərdə tutulub:

«Bundan başqa, layihə ilə bağlı bütün yenilikləri özündə əks etdirən AYBkitab.az saytı da yaradılacaq. Sayt kitabların çapı və onlayn satışla bağlı bütün məsələləri özündə əhatə edəcək».

X. Rza əlavə edib ki, vahid loqo altında çap ediləcək kitablar istedadlı və ədəbi mühitdə aktiv olan bütün yazarları əhatə edəcək:

«Nəzərdə tutmuşuq ki, gələcəkdə dünya ədəbiyyatından da kitablar çap edək. Amma əlbəttə, layihənin əsas məqsədi müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir. Bir neçə böyük nəşriyyatla müqavilə imzalanacaq və kitab satışının gəlirindən müəlliflərə qonorar da ödəniləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG