Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:22

-

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk yarımildə Azərbaycan əhalisinin sayı 51 min 800 nəfər artaraq bütövlükdə 9 milyon 528 min 900 nəfərə çatıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 51.8 min nəfər və ya 0.5 faiz artaraq 2014-cü il iyulun 1-nə olan duruma görə, 9 milyon 528 min 900 nəfər olub.

Dövlət Statistika Komitəsinin Trend-ə verdiyi məlumatda əhalinin bir kvadrat kilometrdəki sıxlığı (110 nəfər), şəhər və kənd sakinlərinin nisbəti (uyğun olaraq 53.2 və 46.8 faiz) də göstərilib. Ölkədə kişi və qadınların sayı təxminən bərabərdir – hər 100 adamdan azı 49-u kişi (49.7%), qalanı qadındır (50.3%). Bir başqa sözlə, hər 1000 kişiyə 1011 qadın düşür. İlk yarımildə 1396 əkiz, 30 üçəm uşaq doğulub.

Bu ilin yanvar-iyun ayları boyunca rəsmi orqanlar təxminən 39 min niKah və 6 min boşanma qeydə alıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilin ilk 6 ayında daimi yaşamaq üçün Azərbaycana 830 nəfərin gəldiyini və 401 nəfərin ölkədən getdiyini sənədləşdiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG