Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:11

Əflatun Amaşov «Qasid»dən «Azadlıq»a olan borcunu ödəməsini xahiş edir


-

Mətbuat Şurasının sədri Əflatun Amaşov «Azadlıq» qəzeti və «Qasid» firması arasında yaranan problemə görə firmanın rəhbərliyinə müraciət edib.

Bu haqda «Azadlıq» qəzetinə Əflatun Amaşovun özü məlumat verib. Onun bildirdiyinə görə, müraciətdə «Qasid» firmasından izahat istənilib, borcun tezliklə ödənilməsi xahiş olunub.

«Qasid» firmasının «Azadlıq»a olan borcu 70 min manatdan artıqdır. Firmanın borcu ödəməməsi qəzetdə maliyyə böhranının yaranmasına səbəb olub.

XS
SM
MD
LG