Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:39

BMT-nin biznes və insan haqları qrupu ilk dəfə Azərbaycana gəlir


BMT-nin biznes və insan haqları üzrə eksper qrupu ilk dəfə olaraq Azərbaycana səfər edəcək.

Avqustun 18-27-si olacaq səfər zamanı qrup biznes fəaliyyətinin insan haqlarına təsirini öyrənəcək. BMT-nin Biznes və İnsan Haqları üzrə qrupunun üzvü Puvan Sevanathan deyib ki, neft ölkəsi Azərbaycan sürətli iqtisadi inkişafa nail olub. İqtisadiyyatda özəl şirkətlərin rolu artıb. Bizneslə əlaqəli insan haqları pozuntularının qabağını almaqda Azərbaycan spesifik sınaqlar və imkanlarla üzləşir.

Qrupun başqa üzvü Pavel Sulyandziga deyir ki, bu səfər bütün səhmdarlara imkan verəcək ki, bizneslə insan haqlarının birlikdə işləməsini təmin etmək haqda məlumat alsınlar.

Qrup Gəncədə də olcaq.

Qrup 2011-ci ildə yaradılıb. Qrupun üzvləri BMT işçiləri deyillər və öz işlərinə görə maaş almırlar. Qrup yalnız BMT-nin insan haqları Şurasına və BMT Baş məclisinə hesabat verir.

XS
SM
MD
LG