Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

Əli Həsənov 3 tonluq heroinlə bağlı qapalı iclas keçirib


Əli Həsənov
Əli Həsənov

-

Avqustun 14-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında iyulun 11-də Gürcüstanda tutulan 3 tona yaxın heroinlə bağlı qapalı toplantı keçirilib.

Bu haqda komissiyanın saytında məlumat yayılıb.

Toplantıda komissiyanın sədri, baş nazirin müavini Əli Həsənov da iştirak edib.

Məlumata görə, toplantıda Gürcüstan Daxili İşlər Nazirliyinin külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisindən tranzit keçməsi barədə ilkin xəbəri müzakirə olunub. Toplantıda həmçinin araşdırmaların davam etdirilməsi ilə bağlı tapşırıqlar verildiyi bildirilir.

XS
SM
MD
LG